OnePlusun bilinməyən smartfonunun fotosu sızdırıldı


Digərləri 22 Dek 2018 07:11:00 778 0

OnePlusun bilinməyən smartfonunun fotosu sızdırıldı

İnternetdə OnePlus şirkətinin bilinməyən smartfonunun fotosu sızdırılıb. Həmin fotonu Ishan Agarwal adlı hindistanlı istifadəçi öz Twitter hesabında paylaşıb.

Son.az technote.az-a istinadən bildirir ki, fotoda sözgüdən smartfonu əlində tutan OnePlus əməkdaşını və smartfon haqqında məlumat verən şirkət prezidenti Pete Lau-nu görmək olar. Qeyd etmək lazımdır ki, fotoda əks olunmuş smartfonun dizaynı OnePlus şirkətinin indiyənə kimi satışa çıxartmış olduğu smartfon modellərinin dizaynlarından tamamilə fərqlənir.