Alimlər: Kosmosdakı qara dəliklər "gələcəyə pəncərə" ola bilər


Digərləri 21 Dek 2018 23:46:00 531 0

Alimlər: Kosmosdakı qara dəliklər "gələcəyə pəncərə" ola bilər

"Physical Review Letters" jurnalında alimlərin kosmosdakı qara dəliklə bağlı yeni məqaləsi dərc edilib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, məqaləyə əsasən, qara dəliyə düşən materiya sinqulyarlığın daxilində izsiz yoxa çıxa bilməz. Ola bilər ki, bu materiya Kainatın uzaq gələcəyinə nəql edilir.

Nisbilik nəzəriyyəsinə əsasən, Kainatda sinqulyarlıqlar, yəni çox yüksək sıxlığı və kütləsi olan nöqtələr var. Bir çox hallarda bu sinqulyarlıqlar qara dəliklərdir.

Bu yaxınlarda alimlər kəşf ediblər ki, qara dəliklər sinqulyar olmaq məcburiyyətində deyillər. Sinqulyarlığın olduğu nöqtədə çox yüksək sıxlığı olan obyekt də ola bilər. Bu obyekt bizim üçün görünməz olan tuneldir və iki müxtəlif məkanı birləşdirir.