Gürcüstan üzərindən tranzit yük daşımaları azalıb


Dünya 21 Dek 2018 23:25:00 337 0

Gürcüstan üzərindən tranzit yük daşımaları azalıb

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan ərazisi vasitəsilə 33,2 mln. ton tranzit yük daşınıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin hesabatında deyilir.

İllik müqayisədə qonşu ölkə üzərindən daşınan tranzit yüklərin həcmi 200 min ton azalıb.

İlin ilk 10 ayı ərzində yüklərin böyük həcmi 24,8 mln. ton olmaqla avtomobil yolları ilə daşınıb. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 0,2 mln. ton çoxdur.