İynə udduqda orqanizmdə nə baş berir?


Digərləri 21 Dek 2018 23:10:00 684 0

İynə udduqda orqanizmdə nə baş berir?

Xəbər verdiyimiz kimi, Şəmkirdə 28 yaşlı gənc günə 6-7 iynə udur. O, mədəsində ağrılar olduğu üçün həkimə müraciət edib. Məlum olub ki, gəncin mədə-bağırsağı iynəylə doludur. Həkimlər əməliyyatın təhlükəli olduğunu deyir. Bu səbəbdən də nə edəcəklərinə hələ qərar verməyiblər.

Bu isə iynə udulması ilə bağlı ilk fakt deyil. Həm dünyada, həm də Azərbaycanda iynə və ya sancaq udulması barədə xəbərlərə rast gəlmişik. 

Son.az bildirir ki, medicina.az iynə udulması məsələsi gündəmə gəlmişkən, belə halla üzləşdikdə nə edilməli olduğunu araşdırıb.

Əgər kimsə iynə udubsa, o zaman onu təbii ki, təcili olaraq rentgenə aparmaq lazımdır. İynə udan şəxsin uşaqdır ya böyük. Əgər imkan varsa həmin dəqiqə həkimə tələsin. İynənin özünün bədəndən çıxmasını gözləməyin, çünki bu, pis fəsadlara səbəb ola bilər.