Avtomobil maneəyə çırpılıb, yaralılar var


Digərləri 21 Dek 2018 22:52:00 611 0

Avtomobil maneəyə çırpılıb, yaralılar var

Gəncə şəhərində ağır avtomobil qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq dairəyə çırpılması nəticəsində sürücü və 3 sərnişin yaralanıb.

Hazırda qəza baş verən əraziyə "təcili tibbi yardım" briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.