KƏTAN TOXUMU ilə hazırlanan 2 məlhəm Özünüzü dərmanla zəhərləməyə tələsməyin!


Digərləri 21 Dek 2018 22:46:00 419 0

KƏTAN TOXUMU ilə hazırlanan 2 məlhəm  Özünüzü dərmanla zəhərləməyə tələsməyin!

Qanda şəkər yüksəlməsi hər bir kəsin başına gələ bilər. Əgər analizdə qan şəkərinin miqdarı artıq çıxıbsa, o zaman təşvişə düşməyə, orqanizminizi dərman maddələri ilə zəhərləməyə tələsməyin. Çünki təbiət hər bir xəstəlik zamanı istifadə edilə biləcək dərman bitkiləri ilə zəngindir. 

Son.az medicina.az-a istinadən bir sıra xəstəliklər zamanı tətbiq edə biləcəyiniz təbii reseptləri təqdim edir:

Birinci resept: qanda şəkərin miqdarını normaya salmaq üçün 

2-3 x/q kətan toxumunu qəhvəüyüdəndə toz halına salın. Daha sonra onu kiçik qazana tökərək üzərinə 2 stəkan otaq temperaturunda olan təmiz su əlavə edin. Sonra isə qazanı vam odda 5-10 dəqiqə müddətində ağzı bağlı şəkildə qaynadın. Vaxt tamam olan kimi qazanın altını söndürərək soyumağa qoyun. Soyuduqdan sonra qarışığa yarım çay qaşığı darçın əlavə edin və yaxşıca qarşdırın.

Vasitəni sutkada bir dəfə olmaqla yeməkdən 1 saat əvvəl qəbul edin. Müalicə kursu 1 ay müddətində davam edir.