Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub


Digərləri 21 Dek 2018 22:19:00 771 0

Azərbaycan bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü olub

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan 1,28 mlrd. kilovatt/saatdan çox elektrik enerjisi idxal edib.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru"nun (ESCO) hesabatında bildirilib.

Hesabat dövründə qonşu ölkənin idxal etdiyi elektrik enerjisinin 1 mlrd. kilovatt/saatdan çoxu Azərbaycan, 203 mln. kilovatt/saatı Rusiya, 7,8 mln. kilovatt/saatı Ermənistan, 64,3 mln. kilovatt/saatı isə Türkiyənin payına düşüb.