Bu 20 qəpiklik məhsul qaraciyərin yağlanmasını azaldır


Digərləri 21 Dek 2018 22:03:00 428 0

Bu 20 qəpiklik məhsul qaraciyərin yağlanmasını azaldır

Karolina Universitetinin (ABŞ) alimləri sübut edir ki, rasionda göyərtilərin (xüsusilə kahı, ispanaq, vəzəri, turşəng, gicitkən, cəfəri, pərpətöyün kimi göyərtilərin) çox olması qaraciyərin yağlanmasının riskini xeyli azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bunu göyərtilərin tərkibində nitrat maddəsinin olması ilə izah edirlər. Orqanizmə düşdükdən sonra nitratlar azot oksidinə çevrilir ki, məhz bu maddə qaraciyərin sağlamlığına müsbət təsir edir, piylənmədən qoruyur. Azot oksidinin həmçinin  digər faydalı xüsusiyyəti də var. Azot oksidi damarları genişləndirir və bununla da təzyiqi normallaşdırmağa kömək edir.

Mütəxəssislər qeyd edir ki, qaraciyərin yağlanmasından əziyyət çəkənlər də mütləq hər gün göyərti  yeməlidir. Bu piylənmənin səviyyəsinin azalmasına kömək edəcək.