XX əsrin açılmayan sirri Üçüncü Reyxin yoxa çıxan rəhbərləri


Digərləri 21 Dek 2018 22:10:00 689 0

XX əsrin açılmayan sirri  Üçüncü Reyxin yoxa çıxan rəhbərləri

İkinci dünya müharibəsi başa çatanda Almaniyanın yüksək vəzifəli rəhbərləri ölkələrinin məğlub olacağını anladılar. 1945-ci ildə SS qoşunlarının keçmiş döyüşçülərinin təşkilatı yarandı. Bu strukturun tapşırığı yüksək rütbəli alman hərbçilərinə kömək etmək idi. Amma təşkilatın maddi imkanları zəif idi. Almanlar müharibə vaxtı ələ keçirdikləri sərvəti SS zabitlərini Latın Amerikası, Yaxın Şərq və Afrikaya yola salmağa xərclədilər.

Son.az "ölkə.az"-a istinadən izi-tozu bilinməyən nasist liderləri haqqında geniş yazını təqdim edir.

SS Şturmbanfürer Frits Paul Şvend

Qeyd edək ki, keçmiş faşist liderləri nəinki cəzadan yayına bildilər, eyni zamanda onların şəxsi işini quraraq biznesmenə çevrilmə imkanları da var idi. Çünki dünyanın bir çox bankında onlar tərəfindən əvvəlcədən gizli hesablar açılmışdı. Məsələn, Frits Paul Şvendin də həyatı belə olub. O, dinc sakinləri kütləvi şəkildə edam edib. Onu axtarışa vermişdilər. Hələ müharibə dövründə Şvend qrup yaratmışdı. Qrupun əsas işi saxta pul əldə etmək idi. Şvend bu pulları banklarda saxta sənədlərlə saxlayırdı. Nasist lideri 1945-ci ilin yaz ayında Peruya köçdü və böyük bir şirkətin rəhbərinə çevrildi.

Amma əsir düşən nasistlər də oldu. Məsələn, SS-in oberşturmbanfüreri Adolf Eyhman Amerikaya əsir düşərgəsinə göndərildi. O, buradan qaçmağa çalışdı və Latın Amerikasına getdi. Uzun müddət gizli şəkildə yaşadı. Amma İsrailin "Mossad" kəşfiyyat qurumu 1950-ci illərin sonunda onun izinə düşdü. Daha doğrusu, yəhudilər tərəfindən qurulan "Cəzalandıran mələklər" təşkilatı bu işi həyata keçirdi. İkinci dünya müharibəsinə qədər Eyhman təhlükəsizlik idarəsində yəhudi məsələləri üzrə ekspert idi. Onun ideyası ilə Osvensium hərbi əsir düşərgəsi "yəhudi məsələsini kökündən həll edən yerə" çevrildi.

"Cəzalandıran mələklər" isə yəhudiləri düşərgələrdə məhv edən nasist cinayətkarlarını axtarırdı. Eyhmanın izinə isə təsadüfən düşdülər. Buenos-Ayresdə yaşayan, argentinalı yəhudi bildirib ki, onun qızının sevgilisi atasının ikinci dünya müharibəsində Almaniya qarşısında xidmətləri ilə fəxr edir. Araşdırmalar isə bu şəxsin Eyhman olduğunu üzə çıxardı. Amma hər şeyi tam dəqiqləşdirmək, Eyhmanı İsrailə aparmaq üçün işlər aparılanda nasist lideri gizlındi. Bu zaman Argentinaya "Mossad"ın bir neçə agenti gəldi. Onlar arasında bütün doğmalarını düşərgədə itirən Elr da var idi. Agentlər bütün məlumata sahib idilər. Onlar Eyhmanın bütün ailə tədbirləri, ad günləri haqqında məlumatı əldə etmişdilər. Sadəcə Eyhmanın fotosu onlarda yox idi. Eyhman isə İsrail agentləri ilə əməkdaşlığa hazır idi. O, bütün suallara cavab verirdi. Eyhman qorxmuşdu və öldürüləcəyini düşünürdü.