Məşhur müğənninin döydüyü həyat yoldaşı:


Digərləri 21 Dek 2018 20:19:00 420 0

Məşhur müğənninin döydüyü həyat yoldaşı:

"Kaş başqa bir qadına gedərdi, amma sağ olardı. Çünki sağ olsaydı, həyatını yaşayacaqdı.

Son.az publika-ya istinadən xəbər verir ki, bu sözləri Müslüm Gursəsin həyat yoldaşı Möhtərəm Nur Kanal D-də yayımlanan "2-ci Sayfa" verilişinə qonaq olarkən deyib. 2013-cü ildə vəfat edən məşhur ifaçının xanımı əri haqqında özəl xatirələrini paylaşıb:

"Müslüm evdə uşaq kimi, çöldə isə çox ciddi idi. Evdə münasibətlərimiz çox yaxşı idi. Haqsızlığa heç dözümü yox idi. Xoşbəxt idik, ailədaxili şiddət və zorakılıq yox idi. Müslümə aid hər şey üçün darıxıram. Onu hər zaman evin içində - yanımda hiss edirəm, sadəcə səsini eşidə bilmirəm. Tez-tez mətbəxə qəfil soxulmasını xatırlayıram. Əlinə sazını alıb "Hadi, di başla, "Bu Dağlarda Kar Olsaydım"ı ifa et" deyərdi. Qəlbini qırmazdım, mətbəxdən bütün binaya konsert verərdik.

İzah edə bilməyəcəyim qədər yaxşı insan idi. Aramızda nə qısqanclıq mübahisələri oldu, nə də ayrılmağı düşündük. 33 il bir-birimizi çox yaxşı başa düşdük. Çünki bir-birimizə həm ömür-gün yoldaşı, həm ər-arvad, həm dost, həm də valideyn ola bilirdik".

Möhtərəm Nur evliykən Müslüm Gürsesin onu döyməsi haqqında yayılan iddialara cavab verib.

"Hər başdan bir səs çıxır. Əlbəttə, ər və arvad arasında mübahisə olur. Bu, ilk vaxtlar oldu. Amma onu idarə edən adam mən idim. Hər şeyinə dözürdüm. O, mənə qarşı xoşagəlməz mövqe sərgilədiyi zaman susdum...