6 hakimin səlahiyyətlərinə xitam verilib


Digərləri 21 Dek 2018 19:22:00 605 0

6 hakimin səlahiyyətlərinə xitam verilib

4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi barədə qərar qəbul olunub.

Bakı. Samir Əli - Vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub. Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə Məhkəmə-Hüquq Şurasının iclasında qeyd edilib.