Nazirdən Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına


Kriminal 21 Dek 2018 18:39:00 617 0

Nazirdən Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına

Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib.

Son.az xəbər verir ki, Ə.Qarayev Report-a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürüb, müəyyən addımlar atıb.  

"Fəxrəddin Manafov Azərbaycanın tanınmış aktyorudur. Tənqiddən nəticə çıxarıldı, müəyyən addımlar atıldı. Artıq xalq artisti özü bu barədə qərar verəcək. Mən yaradıcı insana deyə bilmərəm ora get, bura getmə", - deyə nazir vurğulayıb.