Portuqaliyada da “sarı jiletlilər” etirazlara başlayır


Dünya 21 Dek 2018 18:19:00 495 0

Portuqaliyada da “sarı jiletlilər” etirazlara başlayır

Fransada əsası qoyulan "sarı jiletlilər" hərəkatının etiraz aksiyaları hazırda Portuqaliyada keçirilir.

Son.az Report-a istinadən xəbər verir ki, tezliklə paytaxt Lissabonun mərkəzində nümayiş gözlənilir.

"Portuqaliya sarı jiletliləri" hərəkatı sosial şəbəkələr vasitəsilə ölkənin 17 şəhərində 25 aksiya keçirmək üçün çağırışlar yayıb. Bununla bağlı hökumət artıq 20 minədək polisi səfərbər etməklə yanaşı, etirazların dinc məcrada keçiriləcəyini güman edir.