"AccessBank"ın rəhbəri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb


Digərləri 21 Dek 2018 17:57:00 671 0

"AccessBank"ın rəhbəri Tələbə Təqaüd Proqramının qalibləri ilə görüşüb

"AccessBank"ın elan etdiyi Tələbə Təqaüd Proqramına seçim mərhələsi yekunlaşıb.

Bakı. "AccessBank"ın elan etdiyi Tələbə Təqaüd Proqramına seçim mərhələsi yekunlaşıb. Bankdan Trend-ə verilən məlumata görə, dörd turdan ibarət seçim mərhələsinə ümumilikdə 800-dən çox tələbə qatılmışdı. Birinci turda tələbələr iştirak üçün onlayn ərizə formasını doldurmalı idisə, ikinci mərəhlədə onların məntiq və riyazi bilikləri yoxlanıldı. Belə ki, tələbələr 60 dəqiqə ərzində 40 testi cavablandırıb. Üçüncü turda iştirakçılar daha bir məharətini nümayiş etdirməli idilər. Sonuncu tura keçmək istəyənlərdən ingilis dilində müxtəlif mövzularda esselərin yazılması tələb olunurdu. Dördüncü tur isə üz-üzə müsahibə yolu ilə keçirildi. Müsahibəni AccessBank-ın müxtəlif sahələrdən olan mütəxəssislərdən ibarət xüsusi komanda həyata keçirib. Müsahibə zamanı namizədlərin akademik bilikləri, dünya görüşü, nailiyyətləri, müsabiqədə iştirak motivasiyası və s. barədə suallar verilib. Çətin seçim qarşısında qalan bank mütəxəssisləri nəticədə 10 nəfəri qalib elan etdi.