Polis rəis müavininin evi qarət edildi


Dünya 21 Dek 2018 17:44:00 304 0

Polis rəis müavininin evi qarət edildi

Ermənistanın Baş Polis İdarəsinin rəis müavini Hovhannes Koçaryanın mənzilindən dəyəri 3 milyon dramdan çox olan qızıl oğurlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu erməni mətbuatına rəis müavini H.Koçaryan özü deyib.

O qeyd edib: "Mənim bütün əmlakım bundan ibarətdir. Oğru mənzilin mənə məxsus olduğunu bildiyi üçün ora girib, ya yox? Hazırda bu versiya yoxlanılır. Hansısa yolla açar düzəldərək qapını açıblar və gizli nəsə axtarıblar, bütün əşyaları da sındırıblar".