“Parislilərlə münasibətlərə aydınlıq gətirmək üçün əla imkan yaranıb”


İdman 21 Dek 2018 16:12:00 641 0

“Parislilərlə münasibətlərə aydınlıq gətirmək üçün əla imkan yaranıb”

Manchester United-in müvəqqəti baş məşqçisi Ule-Qunnar Sulşer ÇL-nin 1/8 finalının püşkünə münasibət bildirib.

Goal.az xəbər verir ki, “qırmızı şeytanlar” bu mərhələdə PSG ilə qarşılaşacaq. Sulşer deyib : “Püşkü izləyirdim. Parislilərlə münasibətlərə aydınlıq gətirmək üçün əla imkan yaranıb. “Old Trafford”da xüsusi bir gecə olacaq. Rəqibin heyətində Neymar, Kavani kimi istedadlı futolçular yer alır. Qarşıda hələ bir neçə oyun var. Amma Paris klubu ilə matçı səbirsizliklə gözləyirəm. Komandama inanıram. Qələbə üçün əlimizdən gələni edəcəyik”.