“Nigar məni lağa qoya bilməz”


Şou-biznes 21 Dek 2018 16:09:00 472 0

“Nigar məni lağa qoya bilməz”

"Həmin an yanımda köməkçim yox idi. İnsanın yanında kimsə olanda belə şeyləri görür, müdaxilə edir". 

Son.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Şəbnəm Tovuzlu deyib. O, "Gucci" brendinə məxsus kəməri tərs taxmasının sosial şəbəkələrdə müzakirə olunmasına münasibət bildirib:

"Həmin gün 4-5 tədbir var idi, sonuncuya özüm hazırlaşım evdən çıxmışdım. Heç güzgüyə baxmamışdım. Şəkli paylaşanda da fikir verməmişəm, tez pavilyona getmişəm. Təki belə şeyləri müzakirə etsinlər".

Ş. Tovuzlu kəmərin "fake" olması barədə səsləndirilən fikirlərə də reaksiya verib:  "Ayaqqabı, çanta, kəmər və üst geyimlərimin hamısı orijinaldır. Mən elə-belə şey almıram. Ziyafət, gündəlik geyimləri ucuz ala bilərəm. 100-500 mana arası pul verə bilərəm".