Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edildi


Digərləri 21 Dek 2018 15:54:00 446 0

Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edildi

Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsinə də daxil edilib.

Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.