Kanadada qasırğa 300 min istehlakçını işıqsız qoydu


Dünya 21 Dek 2018 15:09:00 263 0

Kanadada qasırğa 300 min istehlakçını işıqsız qoydu

Kanadanın qərbində, Britaniya Kolumbiyası əyalətində güclü qasırğa səbəbindən təqribən 300 min istehlakçı işıqsız qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, sürəti 30 m/san olan külək bir çox ərazilərdə ağacları kökündən qoparıb. Bir çox reyslər təxirə salınıb, bərə nəqliyyatı dayandırılıb.

Təbii fəlakət nəticəsində Dunkan şəhərində bir nəfər ağacın altında qalaraq ölüb.