"Yeni il şənliklərinə görə məktəblərdə bilet satışı yolverilməzdir"


Digərləri 21 Dek 2018 14:47:17 417 0

"Yeni il şənliklərinə görə məktəblərdə bilet satışı yolverilməzdir"

Bakıda 194 nömrəli tam orta məktəbin şagirdlərinin valideynləri onlara Yeni il şənliyi üçün biletlərin satılmasından narazılıq ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Yeni il şənliyi üçün şagirdlərə biletlər paylanılıb.

194 nömrəli tam orta məktəbdən sözügedən sayta verilmiş məlumata görə isə, məktəb rəhbərliyi Yeni il şənliyi üçün biletləri valideynlərin xahişi ilə sinif rəhbərlərinə paylayıb:

"Bu gün sinif rəhbərləri ilə iclas keçirilmiş, bütün biletlər geri götürülmüşdür. Şagirdlərə bilet paylanılmasına baxmayaraq, günün sonunadək onlara verilmiş bütün biletlər də yığılacaq. Həmçinin tədbirin tamamilə təxirə salınması üçün sinif rəhbərlərinə göstəriş verilib".