"Özünüzü yığışdırın!" Xalq artistinin bacısından


Şou-biznes 21 Dek 2018 14:24:00 541 0

"Özünüzü yığışdırın!"  Xalq artistinin bacısından

Özünüzü yığışdırın.

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verilişininin növbəti qonağı xalq artisti Brilliant Dadaşovanın bacısı müğənni Lalə Dadaşova qonaq olub.

Müğənni Sevil-Sevinc bacılarının ünvanına sərt ismarıclar göndərib:  "Bu yaş söhbəti nədir? Bu bir... İkincisi isə, insan gərək qarşısındakı insana baxıb görə ki, ona söz deməyə laiqdirmi? Söhbət gedir əkiz bacılardan. Jurnalist mənə zəng edib, Sevil-Sevinc bacılarının Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşının dəyişdirməsi ilə bağlı fikir səsləndirdiyini və mənim buna münasibətimi öyrəndi. Dedim ki, İlhamə xanım Brillianta sataşırdı, özü də hər həftə. O, İlhamə xanıma cavab vermirdi. Bunlar kimdi ki, Brilliant xanım cavab versin? Onun ayağı bilənini, onların heç başı bilmir. Siz kimsiz onun adını çəkirsiz? Onun adını çəkən olsa, qarşısında məni görsün. Heç Brilliant onları tanımır. Mən bilirəm ki, hansı yollarla onlarla danışacam, özünüzü yığışdırın! Bu, nə paxıllıqdır? Siz iki bacılar bizim yaşımıza gəlib çatanda nə halda olacaqsız bilmirəm. Bəlkə plastik əməliyyat etsələr nəsə ola bilər". Qeyd edək ki, Sevil Sevinc bacıları verilişlərin birində Brilliant Dadaşovanın şəxsiyyət vəsiqəsində yaşını azaltmasından danışıblar.


Xəbərə aid foto