Yunanıstanlı hakimlər tətil edir


İdman 21 Dek 2018 14:17:00 557 0

Yunanıstanlı hakimlər tətil edir

Yunanıstan çempionatında bazar günü keçirilməli olan növbəti turun bütün oyunları təxirə salınıb.

Goal.az xəbər verir ki, buna hakimlərin kütləvi tətili səbəb olub. Həmkarları Tanasis Dzilosun küçədə hücuma məruz qalmasına etiraz edən hakimlər tətilə başlayıb. Dzilos ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilb. Ölkə çempionatının Ksanti-Olimpiakos matçını (1:1) bu hakim idarə edib. Oyunda hər iki klubun üzvlərinə ümumilikdə 9 sarı kart göstərib. Qonaq komandanın yarımmüdafiəçisi Daniel Kaştelinu isə meydandan qovub. Oyundan sonra küçədə hücuma məruz qalaraq başından və ayaqlarından ciddi xəsarət alıb.