Sankt-Peterburqla iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)


Digərləri 21 Dek 2018 14:11:37 625 0

Sankt-Peterburqla iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Dekabrın 20-də Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

Bakı. Dekabrın 20-də Azərbaycan Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, video-konfrans formatında təşkil edilən iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Rusiya Federasiyası Sankt-Peterburq Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev, eləcə də hər iki tərəfdən Komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər. İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyləri, siyasi iradəsi və qarşılıqlı səfərləri sayəsində ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, bu ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri, aparılmış danışıqlar, səfər zamanı imzalanmış sənədlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.