Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “AmCham”ın üzvləri ilə görüşüb FOTO


Digərləri 21 Dek 2018 14:02:00 526 0

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov “AmCham”ın üzvləri ilə görüşüb  FOTO

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") öz üzvləri üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə aylıq işgüzar nahar təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbir "TuranBank"ın dəstəyi ilə keçirilib.

Orxan Məmmədov dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə həyata keçirilən siyasət tədbirləri, ölkənin iqtisadiyyatının inkişafında kiçik və orta sahibkarlığın rolu, həmçinin Agentliyin Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş fəaliyyətinin prioritet istiqamətləri barədə çıxış edib. Orxan Məmmədov ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması ilə ölkədə kiçik və orta biznes sektorunun inkişafında yeni mərhələnin açıldığını qeyd edbi. Agentliyin fəaliyyətinin, əsas etibarilə, mikro, kiçik və orta sahibkarların maraqlarının müdafiəsinə, sahibkarlara bütün zəruri xidmətlərin peşəkarlıqla və onların tələblərinə uyğun rahat formada göstərilməsinin təmin edilməsinə, dəstəklərin ünvanlılığının və əhatə dairəsinin genişləndirilməsinə, sahibkarlara göstərilən xidmətlərin əlaqələndirilməsinə yönəldiyi diqqətə çatdırılıb. İdarə Heyətinin sədri strateji fəaliyyət gündəliyinin həyata keçirilməsi zamanı mütərəqqi təcrübələrin nəzərdən keçirilməsinin əhəmiyyətinə toxunaraq "AmCham"ın bu baxımdan maraqlı tərəfdaş qismində çıxış etdiyini bildirib.


Xəbərə aid fotolar