Xırdalan yollarındakı problemlə bağlı "Azərsu"dan açıqlama


Digərləri 21 Dek 2018 13:22:00 455 0

Xırdalan yollarındakı problemlə bağlı "Azərsu"dan açıqlama

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti ötən gün sosial şəbəkələrdə Xırdalan şəhərində yağışlardan sonra bəzi yollarda problemlərin yaranması ilə bağlı görüntülərə aydınlıq gətirib.

Bakı. Ceyhun Ələkbərov - "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ötən gün sosial şəbəkələrdə Xırdalan şəhərində yağışlardan sonra bəzi yollarda problemlərin yaranması ilə bağlı görüntülərə aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Trend-ə deyib ki, şəhərdə su və kanalizasiya xətlərinin yenidən qurulması işləri aparılır. Anormal hava şəraiti isə aparılan işlərə əngəl törədir: “Yağışlara qədər Xırdalan şəhərinin bir neçə küçəsi, o cümlədən Nizami Gəncəvi küçəsinin hər iki istiqamətində qazıntı işləri yekunlaşdıqdan sonra asfalt örtüyü vuruldu. Ancaq elə küçələr var ki, orda işlər tam yekunlaşmayıb, həmin yerlər əlavə birləşmələr olunacaq deyə, müvəqqəti olaraq torpaq və şebel ilə örtülüb”. A.Cəbrayıllının sözlərinə görə, qazıntı işləri yekunlaşmayan yolların örtüksüz qalması normal haldır.