Hadisə səssizliyini pozdu: "İcazə vermərəm..."


Digərləri 21 Dek 2018 13:20:00 578 0

Hadisə səssizliyini pozdu: "İcazə vermərəm..."

Hadisə anasının yaşadıqlarını canlı yayımda danışan Nur Yerlitaşla qalmaqal yaşamış, "Məndən üzr istəsin" demişdi. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, Hadisə qarşı tərəfə qarşı olan səssizliyini pozub. Hadisə ilk dəfə ailəsi haqda sualları cavablandırıb: "Üzr istəmək böyük bir mədəniyyətdir. Ona təşəkkür edirəm və Allah şəfasını versin. Ən qısa vaxtda səhhətinə qovuşsun. Onu bağışladım. Bu, özəl mövzu idi, açıb danışmaq olmazdı. Sağ olsun, başa düşdü. Bir yerdə qarşılaşsaq, salamlaşaram. Kin saxlayan adam deyiləm. Bir dəfə onun dedikləri haqda narazıçılığımı bildirdim.  Bu haqda çox danışmaq istəmirəm. Həmişə demişəm, ailə qapalı olmalıdır. Biz də ailə olaraq yaşadığımız xoşagəlməz haldan üzüağ çıxacağıq. Heç vaxt "küsülüyük" demədim. Onların pis vəziyyətdə olmasına icazə vermərəm". 

Son.az