Meşə ilə Avropaya gedənlər


Dünya 21 Dek 2018 13:06:00 322 0

Meşə ilə Avropaya gedənlər

Soyuqdan göyərmiş əllərini yaxalarına salaraq isitməyə çalışır, amma dayanmırlar. Diəzədək qara bataraq irəliləyirlər.

Ayıların və canavarların bol olduğu meşəlikdə gedən bu insanlar miqrantlardır.

Onlar 30 nəfərdir.

Bosniyadan Xorvatiyaya keçmək istəyən 30 min miqrantdan 30 nəfər. Həmin miqrantların əksəriyyəti Pakistan, Əfqanıstan, İraq və İran vətəndaşlarıdır.

Son.az European-a istinadən bildirir ki, sazağa və buz kimi şaxtalı havaya rəğmən miqrantlar inadla Bosniya-Xorvatiya sərhədindəki məntəqəyə doğru gedirlər.

Halbuki ötən həftə elə bu meşəlikdə bir qrup miqrant soyuqdan donub ölməkdən zorla qurtulmuşdular.


Xəbərə aid fotolar