“Təəssüflər olsun ki, sevgilər daim olmur…”


Şou-biznes 21 Dek 2018 12:48:00 568 0

“Təəssüflər olsun ki, sevgilər daim olmur…”

Müğənni Günay İbrahimli bir neçə aylıq fasilədən sonra yeni mahnısını təqdim edib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, söz və musiqisi Elvin Muxtara məxsus "İstəmirəm səni" adlı yeni işini dincləyicilərin ixtiyarına verib.

Günay yaradıcılığına bir neçə ay fasilə verməsinə də aydınlıq gətirib: "Neçə aydır ki, mahnı təqdim etmirəm. Sükutda olmağımın səbəbləri var və ən əsası gözəl işlər görmüşəm. Beş mahnım hazırdır, onlar arasında seçim edirdim ki, birinci hansını təqdim edim. Buna görə də, bir qədər fasilə yarandı. Düşündüm ki, qış gəlsin, havalar soyusun, özümün və dincləyicilərin ruhuna yaxın mahnını təqdim edim. "İstəmirəm səni" üzərində dayandım. Əvvəlcə kiçik bir hissəni İnstaqram səhifəmdə paylaşdım, gözlədiyimdən də artıq müsbət reaksiya gördüm. Bir neçə dəqiqəlik paylaşıma baxmayaraq çox sevildi, sosial şəbəkələrdə paylaşıldı, gözəl fikirlər yazıldı.