Rabyonun Barcelona-ya keçidi niyə baş tutmadı? - açıqlama


İdman 21 Dek 2018 12:14:00 803 0

Rabyonun Barcelona-ya keçidi niyə baş tutmadı? - açıqlama

PSG-nin idman direktoru Anteru Enrike yarımmüdafiəçi Adrien Rabyo məsələsinə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, Enrike Barcelona-nı günahlandırıb. “Rabyonun anası iddia edir ki, PSG yayda onun oğlunun transferinə mane olub. Həqiqət belə deyil. Avqustun 29-da Rabyo mənə dedi ki, Barcelona-dan təklif alıb. Transfer pəncərəsinin bağlanmasına cəmi 20 saat qalırdı. Aydındır ki, Kataloniya klubu əvvəlcədən futbolçu ilə əlaqə yaradıbmış. Son anda isə bizə məlumat verblər. Bu, qaydalara ziddir. Barcelona-nın təklif etdiyi məbləğ çox az idi. Rabyo kimi futbolçunu lazımı şəkildə qiymətləndirmək vacibdir. Həm də bu cür transferi 20 saat ərzində həll etmək mümkün deyil. Buna görə Rabyonun keçidi baş tutmadı. Ona yeni müqavilə təklif etmişdik. İmtina etdi. Başa düşdük ki, hansısa klubla danışıqlar aparır”, - Enrike bildirib.

Bir müddət əvvəl Atletico Barcelona-nı Antuan Qrizmannla gizli danışıqlar aparmaqda ittiham etmişdi.