"Onları həvəslə öldürürük" Qarabağda əsgərlərimizi hədəfə alan


Dünya 21 Dek 2018 12:04:01 496 0

"Onları həvəslə öldürürük"  Qarabağda əsgərlərimizi hədəfə alan

Bura mənim ikinci vətənimdir. Ona görə də işğalçı ruslara qarşı vuruşuram. Mənimlə birlikdə başqa ermənilər də var. Rusları hədəfə alır, məhv edirik. Onları həvəslə öldürürük.

Bunu Ermənistan vətəndaşı Hamlet Avaqyan deyir.

Avaqyan Ukrayna Silahlı Qüvvələrinin 130-cu kəşfiyyat alayında xidmət edir. Çavuşdur. Radio danışıqlarda "Hamlet" çağırışı olan H.Avaqyan taqım komandiridir. Onun taqımında 6 erməni ilə yanaşı, Gürcüstan vətəndaşları da var.

Ukrayna ordusunda müqavilə əsasında xidmət edən Avaqyan muzdlu hərbçi olmadığını iddia edir.

Moskvada ali təhsil alan, geodeziya və kartoqrafiya fakültəsini bitirən Hamlet Avaqyan 2016-cı ilin aprelində Dağlıq Qarabağda, 4 günlük "Aprel döyüşləri"ndə Ermənistan ordusunun tərkibində Azərbaycana qarşı vuruşub.

Dediyinə görə, "Aprel döyüş"lərində Ermənistan ordusunun geriyə çəkilməsindən sonra az qala depressiyaya düşüb, Ermənistanı tərk edərək Ukraynaya yollanıb.

2016-cı ilin aprelində Ukrayna Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq hərbi xidmətə başlayıb.

"Kəşfiyyatçı və snayperəm. Şəxsi heyətimiz üçün təhlükə kəsb edən düşməni sıradan çıxarırıq", - deyən erməni Hamlet Avaqyan və onun tabeçiliyindəki 6 erməni hazırda Ukraynanın şərqində, Donetskdədir.

"Buradakı separatçılarla, rusların başçılıq etdiyi terrorçularla sülh danışıqlarına getmək mümkün deyil. Düşmənin snayperləri çox fəaldır. Həmin snayperlər piyada alaylarımızdan birində 11 nəfəri qətlə yetiriblər, nə qədər ukraynalı hərbçini yaralayıblar. Düşməni əzmək gərəkdir", - H.Avaqyan deyib.

Onun komandir olduğu kəşfiyyat-diversiya taqımında hər kəsin gərəkli, müasir silahı, geyimi və avadanlığı var. Bunları Ukrayna dövləti ilə yanaşı, könüllülər də təmin edir.

Könüllülərin yığdıqları pullar hesabına Hamlet Avaqyan Polşada ABŞ istehsalı olan, 12,7 mm çaplı "Barret" snayper tüfəngini alıb. Patronlar və çox bahalı optik nişangahla birlikdə.


Xəbərə aid fotolar