Sərxanla Ramil arasında qalmaqal


Şou-biznes 21 Dek 2018 11:49:00 603 0

Sərxanla Ramil arasında qalmaqal

"Maşın" realiti-şouda aparıcı Sərxan Kərəmoğlu ilə reper Ramil Nabran arasında qalmaqal yaşanıb.  Son.az axşam.az-a istinadən xəbər verir ki, Sərxanın ötən gün hədəf olan Aydan Axundovanın şəklini atması mübahisə yaradıb. Kərəmoğlu şəkli bilmədən atdığını söyləyib: "Heç vaxt tamaşaçılar tərəfindən rəğbət qazanmayıb getməmişəm. Şokolad yedim, gözlərim çəp gördü, şəkli səhv atdım. Ramil mənimlə bağlı olan söhbətlərdə danışmasın. Çünki arada gedir. Sözümü kəsməsin".  "Səni deyib yollayıblar ora, biz axmaq deyilik. 3-4 şokolad yeyib, təzyiqin oynadı, şəkili səhv saldın?" - deyən Ramilin sözləri qarşı tərəfi özündən çıxarıb.  "Mənə şər atırsan, hisslərimlə oynayırsan. Burada özünüzü mehriban düşmən kimi göstərməyin", - deyən Sərxana Ramil "Buradan səni yola salmaq istəyirəm" cavabını verib.  

Son.az 

Videonu izləmək üçün şəklə klikləyin: