“Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib


Digərləri 21 Dek 2018 11:37:48 370 0

“Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə “Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkilatçılığı ilə “Süni intellekt – innovasiyalar və sahibkarlıq üçün imkanlar” mövzusunda seminar keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, seminarın keçirilməsində əsas məqsəd süni intellektin innovativ sahibkarlıq sahəsində tətbiqi imkanlarının müzakirəsi, bu sahədə fəaliyyət göstərən yerli layihələrin təqdimatı və ümumiyyətlə, süni intellekt sahəsi üzrə müzakirələrin aparılmasından ibarət olub. Seminarda innovasiya sahibkarlığının inkişafı üzrə süni intellekt məhsullarının tətbiqinin xarakterik xüsusiyyətləri, əsas texnoloji proseslərin avtomatlaşdırılması, süni intellektdən sahibkarlıq sahəsində istifadəyə dair dünya ölkələri üzrə statistik göstəricilər, innovasiya sahibkarlığının inkişafı üçün əlverişli şərait yaradılmasında dövlət idarəetmə orqanlarının rolu, ümumdaxili məhsulda yüksək gəlirliliyin əldə olunması məqsədilə süni intellektin sahibkarlıq sahəsinə tətbiqi kimi məsələlər haqqında danışılıb. Seminarda çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Cəmiyyətinin və Elektron İdarəçiliyin İnnovativ İnkişafi şöbəsinin müdiri Rəşad Əzizov bildirib ki, son illər elm və texnikanın güclü inkişafı, eləcə də cəmiyyətin bu yeniliklərə durmadan artmaqda olan tələbatı ilə əlaqədar innovasiya getdikcə daha çox sahibkarlıq fəaliyyətinin ayrılmaz hissəsinə çevrilməkdədir. “İnnovasiya sahibkarlığı mənfəət almaq məqsədilə yeni texnologiyaların, texnikanın, əmtəə və xidmətlərin işlənib hazırlanması və istehsala tətbiqi üzrə fəaliyyətdir”.