PAŞA Bankın dəstəyi ilə "Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu" adlı konfrans keçirilib


Digərləri 21 Dek 2018 11:19:23 347 0

PAŞA Bankın dəstəyi ilə "Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu" adlı konfrans keçirilib

Dekabrın 19-da Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank və "Deloitte Azərbaycan"ın birgə təşkil etdiyi “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda konfrans keçirilib.

Bakı. Dekabrın 19-da Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank və "Deloitte Azərbaycan"ın birgə təşkil etdiyi “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda konfrans keçirilib. Ölkənin paytaxtında baş tutan konfransa 50 nəfərə yaxın özəl sektor nümayəndələri, o cümlədən qeyri neft sektorunda fəal iştirak edən sahibkarlar qatılıb. Tədbirdə PAŞA Bank və "Deloitte Azərbaycan" ekspertləri şəffaf uçotun qurulması ilə əlaqədar tələblər, qanunvericilikdə bu sahə üzrə gözlənilən yeniliklər, habelə biznesin bununla bağlı transformasiyasının müxtəlif maliyyələşmə alətlərindən istifadəsinə təsiri haqqında müxtəlif mövzularda öz fikirlərini paylaşıblar.