Fransada polislər maaş davasına çıxdılar:


Dünya 21 Dek 2018 10:53:00 513 0

Fransada polislər maaş davasına çıxdılar:

Fransanı lərzəyə salan "sarı jiletlilər" aksiyalarından sonra indi də "göy jiletlilər"in etiraz piketləri və nümayişləri başlanır. Fransa polisinin üç əas həmkarlar təşkilatı olan "Unite SGP-Police-FO", "UNSA-Police" və "Alliance Police National" asayiş keşikçilərinin tətilini keçirir.

Son.az European-a istinadən bildirir ki, polislərə fövqəladə və təcili çağırışlar istisna olmaqla komissarlıqları tərk etməmək "təklif" olunub.

Paris, Marsel və Bordoda polislər artıq aksiyalara başlayıblar.

Parisdəki aeroportda isə polislərin aksiyası fərqli olub: onlar sərnişinlərin sənədlərini adi günlərdən fərqli olaraq, uzun-uzadı yoxlayaraq vaxtı uzadıblar.

Polislər maaşların artırılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını, ixtisarların dayandırılmasını tələ edirlər.

Bundan başqa, etiraz aksiyalarının yatırılmasına cəlb olunmuş polis əməkdaşlarına 300 avroluq mükafatın verilməsini asayiş keşikçiləri "ələ alma" adlandırıblar.