Bakıda metaləritmə zavodunun direktoru cərimələndi


Digərləri 21 Dek 2018 10:59:00 339 0

Bakıda metaləritmə zavodunun direktoru cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən "S.Steel" MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, bu məqsədlə monitorinq aparılıb.

Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.