Peşə təhsili müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək


Digərləri 21 Dek 2018 10:09:00 462 0

Peşə təhsili müəssisələrində diaqnostik qiymətləndirilmə keçiriləcək

Dekabrın 22-də dövlət peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinin növbəti mərhələsi keçiriləcək.

Son.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələdə əsasən regionlarda fəaliyyət göstərən və indiyə qədər diaqnostik qiymətləndirilməsi keçirilməyən dövlət peşə təhsili müəssisələrinin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları iştirak edəcək.