Canlı yayımda Rəmişin nəfəsi kəsildi


Digərləri 21 Dek 2018 09:19:12 519 0

Canlı yayımda Rəmişin nəfəsi kəsildi

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) canlı yayımda halı pisləşib.

Son.az xəbər verir ki, "Səni axtarıram"ın efirində sevilən sənətkarın səhhətində qəfil problem yaranıb.

Rəmişin nəfəs almaqda çətinlik çəkdiyini görən aparıcı Xoşqədəm Baxşəliyeva dərhal xalq artistinin xanımı Gülünü studiaya çağırıb.

Dərman içdikdən sonra vəziyyəti nisbətən düzələn xalq artistinin bu kadrları studiyadakı tamaşaçıları həyəcanlandırıb.

Təhməz Təkin Son.az


Xəbərə aid fotolar