Azərbaycan biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində 70ci yeri tutub


Digərləri 21 Dek 2018 08:19:00 601 0

Azərbaycan biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində 70ci yeri tutub

Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində ("Best Countries for Business") 161 ölkə arasında 70-ci yeri tutub.

Son.az Trend-ə istinadən bildirir ki, reytinqə Böyük Britaniya başçılıq edir. Onun ardınca İsveç, Honkonq, Niderland, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə qərarlaşıblar.