Azərbaycan biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində 70-ci yeri tutub


Digərləri 21 Dek 2018 04:19:30 834 0

Azərbaycan biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində 70-ci yeri tutub

Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində ("Best Countries for Business") 161 ölkə arasında 70-ci yeri tutub.

Bakı. Azərbaycan "Forbes" jurnalı tərəfindən tərtib edilmiş biznesin aparılması üçün ən yaxşı ölkələrin reytinqində ("Best Countries for Business") 161 ölkə arasında 70-ci yeri tutub. Trend-in məlumatına görə, reytinqə Böyük Britaniya başçılıq edir. Onun ardınca İsveç, Honkonq, Niderland, Yeni Zelandiya, Kanada, Danimarka, Sinqapur, Avstraliya və İsveçrə qərarlaşıblar.