“Hamılıqla Allahın ipindən yapışın” ayəsi necə nazil oldu?


Digərləri 20 Dek 2018 23:55:00 385 0

“Hamılıqla Allahın ipindən yapışın” ayəsi necə nazil oldu?

Qurani-Kərim buyurur: "Və hamılıqla Allahın ipindən (dindən, Kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.

Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi.

Allah Öz (tövhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız". ("Ali-İmran" 103).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayənin nazil olması ilə bağlı nəql edirlər ki, Mədinənin məşhur iki qəbiləsi olan Ovs və Xəzrəc bir-biri ilə yola getmirdilər və həmişə dava edirdilər. Ancaq İslam dininin gəlişi ilə bir-biri ilə qardaş oldular. Buna baxmayaraq, bəzən köhnə yaralar özünü göstərir və bu düşmənçiliyin toxumları yenidən cücərirdi.

Bir gün Ovs və Xəzrəc qəbiləsindən olan iki nəfər - Sələbə və Əsəd, İslamdan sonra əldə etdikləri nailiyyətlərə görə bir-birinə fəxr edirdilər. Yavaş-yavaş məsələ ciddiləşdi və hər iki tərəf silaha əl atdı.

Bu xəbər Həzrət Peyğəmbərə (s) çatır, Rəsuli-Əkrəm (s) həmin yerə gəlir. Öz bəyanları ilə aralarında sülh yaradır. Bu zaman yuxarıdakı ayə nazil olur və hamını ittihada dəvət edir.

Bu ayədən çıxartdığımız nəticələr: