KQBnin məxfi sənədləri dərc edildi


Digərləri 20 Dek 2018 23:41:00 790 0

KQBnin məxfi sənədləri dərc edildi

Dekabrın 20-də Latviya SSR Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərinin bir hissəsi internetdə dərc edilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, açıq girişi olan yeni rəqəmsal resurs Latviya Milli Arxivinin saytında işə başlayıb. Əksəriyyəti əlyazma şəklində olan sənədlərə DTK əməkdaşlarının telefon kitabçası, komitənin ştatdankənar operativ işçilərinin qeydiyyat kartotekası, agentlərin əlifba və statistik kartotekası, habelə Latviya Kommunist Partiyası Mərkəzi Komitəsinin Dövlət Arxivi fondundakı qeydiyyat siyahısı daxildir.

Latviyanın Milli Arxivi bildirib ki, şəxsi məlumatları, həmçinin materiallardan istifadə məqsədini göstərərək qeydiyyatdan keçən hər kəs DTK arxivləri ilə tanış ola biləcək.