O Xanıma niyə “ƏhliBeytin kəriməsi” deyirlər?


Digərləri 20 Dek 2018 23:50:00 388 0

O Xanıma niyə “ƏhliBeytin kəriməsi” deyirlər?

"Əhli-Beytin (ə) kəriməsi" ləqəbi İmam Sadiq (ə) tərəfindən Həzrət Məsuməyə (s.ə.) verilmişdir. Hədisə əsasən, İmam Sadiq (ə) dua ilə Həzrət Fatimənin (s.ə) qəbrini tapmağa çalışan Ayətullah Nəcəfiyə buyurmuşdur: "Sənə eşq olsun, Əhli-Beytin (ə) kəriməsi".

Həzrət Məsumeyi-Fatimə (s.ə) İmam Sadiqin (ə) qızı Fatimədən, o, İmam Baqirin (ə) qızı Fatimədən, o da İmam Səccadın (ə) qızı Fatimədən, o da İmam Hüseynin (ə) qızı Fatimədən, o da Əmirəl-möminin (ə) qızı Zeynəbdən (ə), o da Həzrət Fatimeyi-Zəhradan (s.ə) nəql edir: "Həqiqətən o kəs ki, Ali-Muhəmməd məhəbbəti ilə ölər - şəhid ölmüş deməkdir".

Həzrət Məsumənin (s.ə.) ləqəbi Son.az deyerler.org-a istinadən bildirir ki, hədisə əsasən, Həzrət Məsumənin (s.ə) ilk ləqəbini qardaşı İmam Rza (ə) qoymuşdur. O, bacısına qarşı olan İlahi münasibətinə və bacısının mənəvi məqamına görə ona belə ləqəb qoymuşdur. Bu İmam (ə) buyurur: "Hər kim Məsuməni Qumda ziyarət edər, elə bir kəs kimi olar ki, məni ziyarət etmişdir".

Ziyarətinin fəziləti O Həzrətin (s.ə.) ziyarətinin fəziləti haqda çox söz deyilmişdir. Belə ki, İmam Rza (ə) Qum şəhərinin görkəmli alimlərindən birinə buyurmuşdur: "Ey Səyid (ibni Səyid) bizdən sizin yanınızdan qəbir var". Səyid ibni Səyid deyir: "Siz Musa ibni Cəfərin (ə) qızı Fatimənin qəbrini deyirsiniz?" Buyurur: "Bəli, hər kim onu ziyarət edər və onun haqq olduğuna agah olarsa - behiştlikdir".

İmam Sadiqdən (ə) nəql edilir: "Hər kim onu ziyarət edər, behişt ona vacib olar".

Başqa bir yerdə deyilir: "Onu ziyarət etmək behiştə bərabərdir".