Yeni ilin ilk 12 günü


Digərləri 20 Dek 2018 23:38:00 356 0

Yeni ilin ilk 12 günü

Yeni İlin ilk 12 günündə növbəti il üçün müvəffəqiyyətin bünövrəsini qoymaq olar.

Son.az publika.az-a istinadən xəbər verir ki, Yeni ilin ilk 12 günü insan həyatının 12 əsas sahəsini simvolizə edir. Onların hər biri 12 zodiak işarəsinə əsaslanır. Astrologiya prinsipləri əsasında həyatın bütün sahələrində uğurun təməlini qoymaq olar.

Bu yazıda oxucuları bayramdan sonrakı 12 günün insan həyatında əhəmiyyəti barədə tanış edəcəyik.

1 Yanvar

Bu tarixdə zahiri görkəminizlə, idman və özünü inkişafla məşğul olun. Bayramın səhəri günü bütün bunları yerinə yetirmək, əlbəttə ki, asan deyil. Lakin il ərzində ideal formada olmaq, gözəl və qamətli görünmək və istəyirsinizsə, əziyyət çəkmək lazım gələcək. Hədəflərinizi məhz bu sferalarda təyin etmək arzu olunandır.

Məqsədlərə daha tez nail olmaq üçün real addımlar atmaq lazımdır - idman zalına gedin və ya evdə hər hansı bir fiziki məşq edin. Bu gün özünüinkişaf barədə unutmayın. Görünüşünüzü yaxşılaşdırmaq da vacibdir. Məsələn, yeni paltar geyinin, gözəl makiyaj və manikür edin, saçlarınızı səliqə ilə darayın.

Şübhəsiz ki, çoxları bunu 31 dekabrda həyata keçirir, amma 1 yanvarda gözəl görünmək ilin uğurlu keçməsi üçün vacib şərtdir. Bütövlükdə Yeni ilin ilk gününü həyatınızda ən əhəmiyyətli insana - ÖZÜNÜZƏ həsr edin. Təəssüf ki, adətən başqa cür olur, biz bütün tətil günlərini qonaqlarımıza və ev işlərinə ayırırıq. Bu günü çox səmərəli olmalıyıq!

2 Yanvar

Yanvarın 2-də material haqqında düşünmək lazımdır. Bu gün gəlir, pul, maddi vəziyyətlə əlaqələndirilir. İl ərzində nə qədər pul qazanmaq və hansı gəlir mənbələrinə sahib olmaq istədiyinizi, yazın. Pulla bağlı hər hansı iş görün: bütün pulunuzu sayın, maaşınızı alın, evə pul daxılı alıb içinə pul atın, yeni bir cüzdan seçin, yeni gəlir mənbəyi yaradın və s.

Yanvarın 2-də heç bir halda borc verməyin və almayın. Ümumiyyətlə, yaxşı olardı ki, bu tarixdə böyük alış-veriş etməyəsiniz, əksinə, hər hansı əlverişli gəlir mənbəyi tapmağa çalışın. Onda bütün il pul sizə tərəf gələcək.

3 Yanvar

Yanvarın 3-ü ünsiyyət, məlumat, intellekt və təhsil rəmzidir. Öyrənmək istədiyiniz dili və ya digər peşə sahələrini vərəqə yazın. Bu tarixdə çoxlu oxumaq, yeni məlumat əldə etmək, biliyinizi artırmaq tövsiyə olunur - amma yalnız işıqlı və maraqlı informasiyalarla tanış olun. Hər deyilən sözə çox diqqətlə yanaşın. Bu gün kobud sözlər istifadə etmək, xüsusən söyüş söymək və öz nitqini zibilləmək olmaz. Yalnız xoş vibrasiyalar daşıyan uğur və harmoniya haqqında danışın.

Bu gün həm də nəqliyyat vasitələri ilə əlaqəlidir, odur ki, avtomobil almaq istəyirsinizsə, onun haqqında rəylər oxuyun, bütün məlumatları öyrənin, hətta maşın bazarına gedib onun xüsusiyyətləri ilə canlı şəkildə tanış olmaq olar.

4 Yanvar

4 Yanvar ailəni simvollaşdırır. Xəyallarınızdakı ideal ailə həyatını vərəqə köçürün. Evlisinizsə, ailədə həyatında dəyişdirmək istdəyiniz məqamları yazın. Bütün günü evdə, ailə əhatəsində keçirin, bayram masası arxasında toplaşın. Bu gün ailə harmoniyasını hiss etmək çox vacibdir. Yalnız ailənizlə deyil, yaxınlarınızla, xüsusən də valideynləriniz və nənə-babalarınızla ünsiyyət qurun. Vəfat etmiş doğmalarınızı xatırlayın, yaşadığınız üçün minnətdaran olun və hər kəsi bağışlayın.

5 Yanvar

Bu tarix sevgini, hobbini, yaradıcılığı, zövq duyumunu və uşaqları simvolizə edir. Bu sferalarda məqsədlərinizi yazın. Günü uşaqlarla keçirin, yaradıcılıqla məşğul olun, özünüzə zövq yaşadın, əylənin, restorana gedin, rahatlayın və sevgilizlə görüş təyin edin. Bu günü qaçırmayın! Əylənmək və həyatdan zövq almaq lazımdır!

6 Yanvar

Yanvarın 6-sı gündəlik məişət qayğıları, iş, qidalanma və sağlamlıq ilə əlaqəlidir. Sağlamlığınız üçün faydalı üsullar həyata keçirin (vannaya gedin, masaj edin və ya yoqa ilə məşğul olun). Xüsusilə, bəslənməyə diqqət yetirin, ağır yemək yeməyin, yüngül və faydalı yeməklərə üstünlük verin.

Sahib olmaq istədiyiniz vəzifə, iş və həmkarlar barədə kağıza yazın. Əgər rəhbərsinizsə, şirkətinizdə görmək istədiyiniz əməkdaşların xüsusiyyətlərini qeydə alın. Bu gün heyvanlarla söhbət edin, bu, sizin üçün çox əlverişli olacaq. Adi ev işləri və işlə məşğul olun.