Tbilisidə “Son iclas” bədiisənədli filminin təqdimatı olub FOTO


Digərləri 20 Dek 2018 23:26:00 570 0

Tbilisidə “Son iclas” bədiisənədli filminin təqdimatı olub  FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş "Son iclas" bədii-sənədli filminin təqdimatı keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, tədbir Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Amirani" kinoteatrında baş tutub.

Filmin nümayişindən öncə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov AXC-nin yaranma tarixindən danışıb. O bildirib ki, cəmi 23 ay yaşamasına baxmayaraq, AXC Şərqin ilk və ən demokratik respublikasına çevrilə bilib və ilk respublika Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

Diplomat AXC-nin 100 illiyi ilə əlaqədar Gürcüstanda keçirilmiş sərgi, rəsmi qəbul, konfrans və digər silsilə tədbirlər barədə də məlumat verib:

"Bu gün "Son iclas" filminin nümayişi Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sonuncu tədbirdir. Film Cumhuriyyətin son günlərində baş verən hadisələrdən bəhs edir və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir".


Xəbərə aid fotolar