Dekabrın 29da Ukraynada prezident seçkiləri başlayacaq


Siyasət 20 Dek 2018 23:27:00 760 0

Dekabrın 29da Ukraynada prezident seçkiləri başlayacaq

Ukrayna Mərkəzi Seçki Komissiyası ölkədə martın 31-nə təyin olunan növbəti prezident seçkilərinin hazırlanması və keçirilməsi üçün əsas təşkilati tədbirlərin təqvim planını təsdiqləyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dekabrın 29-da Ukraynada prezident seçkilərinə rəsmən start veriləcək. Artıq dekabrın 30-dan namizədlərin seçki kampaniyası üçün lövhələrin qurulmasına başlanılacaq.

Bundan əlavə, Milli Bank və Korrupsiyanın Qarşısının Alınması üzrə Milli Agentliklə birlikdə yaradılan prezidentliyə namizədlərin seçki fondlarından Mərkəzi Seçki Komissiyası tərəfindən vəsaitin alınması, uçotu və istifadəsinin monitorinqi proseduru təsdiq edilib.