Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarının sayından çoxdur?


Digərləri 20 Dek 2018 22:40:00 436 0

Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarının sayından çoxdur?

Qurani-Kərim buyurur: ""Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir". Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür". ("Hicr" 43-44).

Bu ayənin zikr etdiyi cəhənnəmin yeddi qapısı - günah qapılarıdır ki, cəhənnəm əhli günahına əsasən həmin qapıdan cəhənnəmə daxil olar.

Qurani-Kərim buyurur ki, cəhənnəmin yeddi qapısı vardır, ancaq bəzən Quranda adı çəkilən rəqəmlər çoxluq mənasını verir, məhz yeddi dənə olduğunu bəyan etmir. Necə ki, bu ayədə oxuyuruq: "Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla), Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur)". ("Loğman" 27).

Bu ayədən göründüyü kimi, yeddi rəqəmi çoxluğa işarə edir. Ona görə də ola bilsin ki, cəhənnəmin qapılarının sayı yeddidən çox olsun.

İmam Əlidən (ə) "Nəhcul-bəlağə"dən nəqi edilir: "Cihad, behişt qapılarından biridir ki, onu xüsusi bəndələrinin üzünə açar".

Son.az deyerler.org-a istinadən bildirir ki, başqa hədisdə oxuyuruq: "Qılınclar, behiştin qapılarıdır".