Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib?


Digərləri 20 Dek 2018 22:46:00 456 0

Milyarder Mahmudov Fransadakı mülklərini qorumaq üçün kimə rüşvət verib?

Fransada prezident Emmanuel Makronun "İrəli, respublika!" partiyasının təhlükəsizlik xidmətinin keçmiş şefi Vensen Kraz Kremlə yaxın rusiyalı milyarder İsgəndər Mahmudovdan yüz minlərlə avro alıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumat "Mediapart" adlı fransız internet-nəşrində dərc edilmiş araşdırmada yer alır.

Jurnalistlər müəyyən ediblər ki, Vensen Kraz İsgəndər Mahmudovun və onun yaxınlarının Fransadakı daşınmaz əmlaklarını qorumağa razılaşıb. Bu əmlaklar Monako, Lüksemburq və Kiprdə qeydiyyatdan keçmiş offşor şirkətlərin adına alınıb.

Razılaşmaya əsasən bu xidmətin əvəzində rusiyalı oliqarx-milyarder 300 min avroya yaxın pulu "Mars" firmasının hesabına köçürüb. Həmin firma Emmanuel Makronun 2017-ci il prezident seçkilərində qələbəsindən dərhal sonra yaradılıb. Kraz firmanın yeganə səhmdarıdır.

Vensen Kraz 2018-ci ilin yayında vəzifəsindən azad edilib və həbs olunub. Buna səbəb "Le Monde" qəzetinin dərc etdiyi və videomüşahidə kameralarından götürülmüş kadrlar idi. Həmin kadrlara əsasən Kraz Makronun təhlükəsizlik müşaviri Aleksandr Bennalla birlikdə 1 may mitinqinin iştirakçılarını döyür.