Almaniyanın məşhur jurnalisti fırıldaqçı imiş FOTO


Digərləri 20 Dek 2018 22:21:00 756 0

Almaniyanın məşhur jurnalisti fırıldaqçı imiş  FOTO

Almaniyanın "Der Spiegel" jurnalı dünən - dekabrın 19-da bildirib ki, mükafat almış əməkdaşı Klaas Relotius işdən çıxarılıb. Səbəb onun son illər bir çox əhvalatları özündən uydurmasıdır. "Onun mətnlərində həqiqət yalana qarışıb", - "Der Spiegel"in saytında bildirilir.

Bəyanatda deyilir ki, 2011-ci ildən yazılan təxminən 60 əhvalatın bəziləri doğru olub, amma digərləri "ya tamamilə uydurulub, ya da manipulyasiya edilmiş sitatlarla, fantaziyayla şişirdilib".

Məsələn, saxta əhvalatlardan bəziləri səhvən saxlanmış Quantanamo məhbusu, "İslam Dövləti" qruplaşmasının oğurladığı uşaqlar, Birləşmiş Ştatlarda ölüm cəzasının icrasını şahid kimi izləyən qadın barədədir.

Spiegel jurnalistlə əmək kontraktını dərhal kəsdiyini bildirir.

"Daha çox uğur qazandıqca..."

33 yaşlı Relotius 2011-ci ildən "Der Spiegel" üçün işləməyə başlayıb. Ondan açıqlama almaq mümkün olmayıb.


Xəbərə aid fotolar