Sabirabadda Mercedes motosikletlə toqquşub,


Digərləri 20 Dek 2018 22:16:00 585 0

Sabirabadda Mercedes motosikletlə toqquşub,

Sabirabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Salmanlı kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobillə motosikletin toqquşması nəticəsində Salyan rayonunun Çuxanlı kənd sakinləri - 1972-ci il təvəllüdlü Mirzəyev Rauf Abdulhəsən oğlu və onun 1968-ci il təvəllüdlü qardaşı Mirzəyev Seymur Abdulhəsən oğlu xəsatər alıb. Onların hər ikisi motosikletdə olub.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.