Azərbaycanda qonağını qətlə yetirib zirzəmidə basdırana


Digərləri 20 Dek 2018 21:44:00 708 0

Azərbaycanda qonağını qətlə yetirib zirzəmidə basdırana

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tələt Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Dadaşov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinə bu il martın 19-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə Lerik rayon sakini Mirisa Babayevin martın 16-da yaşadığı Sütəmurdov kəndi ərazisində itkin düşməsi barədə müraciət daxil olub.